“Bahh Tee” Ağcəbədidə keçirdiyi uşaqlığından yazdı - FOTO

17-07-2020, 07:15
1 565
“Bahh Tee” Ağcəbədidə keçirdiyi uşaqlığından yazdı - FOTO

“Bahh Tee” Ağcəbədidə keçirdiyi uşaqlığından yazdı - FOTO

 

 

Rusiyanın tanınmış estrada müğənnisi, əslən azərbaycanlı Bəxtiyar Əliyev (Bahh Tee) son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabında Azərbaycan bayrağının fotosunu paylaşaraq, bu şərhi yazıb:

Uşaqlığımı Ağcəbədi şəhərində keçirmişəm. Bura hərbi əməliyyatların sərhədinə çox yaxın yerdədi, ona görə də Azərbaycanın digər rayonların fərqli olaraq, burada daha çox qaçqın yaşayırdı. Evlərindən didərgin düşmüş insanlar evimizin qarşısındakı 5 saylı məktəbin binasında yaşayırdılar. Bəli, belə idi: gecə onlar orada qalırdılar, səhər isə biz oxumaq üçün məktəbə gedirdik. Dədə-baba yurdlarından didərgin düşmüş insanların ağrılarına görərək böyüdüm. Heç bir uşağa bunu görməyi arzu etmirəm.

Adekvat insanlar kimi mən də dünyada, xüsusilə də evimdə müharibə istəmirəm. Hər bir insanın doğma evində rahat yaşamasını istəyirəm”.

 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti