Karantində toysuz qalan müğənni tikinti şirkətində işə düzəldi

17-07-2020, 15:53
1 568
Karantində toysuz qalan müğənni tikinti şirkətində işə düzəldi

Karantində toysuz qalan müğənni tikinti şirkətində işə düzəldi

 

 

Son iki aydır ki, özümə başqa sahədə iş axtarırdım. İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və tikinti şirkətində rəsmi işə başladım”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O bildirib ki, pandemiya dövründə işsiz qaldığı üçün bu addımı atıb:

“Müğənniliklə yanaşı, başqa bir işimizin olmağı da vacibdir. Bir həftə öncə əmək müqaviləsi bağlamışıq. Başımız həm yardım işlərinə, həm də baş verən hadisələrə qarışdı. Sizə bu xəbəri deyə bilmədim.
Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələ ki, bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər. Allah köməyimiz olsun!”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti