“Keçirtdiyiniz o acı günlərdən sonra zəfərinizə qovuşmağınız bizi çox xoşbəxt etdi”

17-11-2020, 10:15
7
“Keçirtdiyiniz o acı günlərdən sonra zəfərinizə qovuşmağınız bizi çox xoşbəxt etdi”

 

“Sevgili, dost Azərbaycan! Sizləri, qardaşlarımızı, bacılarımızı, dövlətinizi çox sevirik. Qəlbimiz hər zaman sizlərlədir”-bu sözləri Moderator.Az-a açıqlamasında tanınmış türkiyəli aktrisa Ayşən İnci deyib. O ölkəmizdəki müharibəni ilk günlərdən bəri izlədiyini bildirib.
“Qəlbimizlə, dualarımızla, hər zaman sizlərin yanında olduq. Keçirtdiyiniz o acı günlərdən sonra zəfərinizə qovuşmağınız bizi çox xoşbəxt etdi. Ümid edirəm ki, bu son olar. Daha başınız bəlalar çəkməz. İnşallah ki, bundan sonra dövlətiniz, insanlarınız xoşbəxtlik və sülh içərisində yaşayar. Türkiyədən ən dərin sevgilərimi, ən yaxşı arzularımı sizlərə yollayıram” deyə aktrisa bildirib.
Qeyd edək ki, Ayşən İncini azərbaycanlı tamaşaçılar “Sihirli annem” serialındakı Periliçə obrazı ilə tanıyıb seviblər. Aktrisa hal-hazırda Trt 1-də “Türkan xanımın qonağı” serialında baş rolda çəkilir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti