“İndi çox sevinirəm ki, təsadüfən izləyicilərimə təqdim etdiyim bu arzum həyata keçdi...”

20-11-2020, 13:50
23
“İndi çox sevinirəm ki, təsadüfən izləyicilərimə təqdim etdiyim bu arzum həyata keçdi...”

 

“Əlbəttə, mənim proqram vasitəsilə düzəltdiyim Xudafərin körpüsünün qarşısında olan şəkilim böyük maraqla qarşılanmışdı. Bunu etməkdə məqsədim o idi ki, yəni gələcəkdə hamımızın belə bir şəkili olacaq”
Bunu Moderator.az-a açıqlamasında “Avroviziya-2011” qalibi, müğənni Eldar Qasımov deyib: 
“Əlbəttə, mənim proqram vasitəsilə düzəltdiyim Xudafərin körpüsünün qarşısında olan şəkilim böyük maraqla qarşılanmışdı. Bunu etməkdə məqsədim o idi ki, yəni gələcəkdə hamımızın belə bir şəkili olacaq. Bu gün artıq bizim bir neçə rayonlarımızla yanaşı, Cəbrayıl rayonu da işğaldan azad edildi və bir müddət sonra hamımız gedib o Xudafərin körpüsündə şəkil çəkdirə biləcəyik. İki gün öncə ölkə başçısının xanımıyla orda çəkdirdiyi şəkillərini görəndə qürur hissi keçirdim. İndi çox sevinirəm ki, təsadüfən izləyicilərimə təqdim etdiyim bu fotoyla bağlı arzum həyata keçdi. Allah bu sevinci bizə bəxş edən Ali Baş Komandanımızı və rəşadətli ordumuzu qorusun”.  
Qeyd edək ki, bir müddət öncə proqram vasitəsilə özünün Xudafərin körpüsünün qarşısında şəkilini hazırlayan müğənni bildirmişdi ki, tezliklə hamımızın belə bir şəkili olacaq. Bir çox izləyicilər isə Eldarın həqiqətən də Xudafərin körpüsünü ziyarət etdiyinə inanmışdı.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti