“Atamın elə ən böyük arzularında biri o idi ki, Qarabağımız işğaldan azad edilsin...”

6-02-2021, 12:04
16
“Atamın elə ən böyük arzularında biri o idi ki, Qarabağımız işğaldan azad edilsin...”

“O, nəinki doğum günündə, hər gün yada düşür, ailə üzvlərinin qəlbində yaşayır”

Bunu  açıqlamasında Xalq artisti Ağaxan Abdullayevin oğlu, kamança ifaçısı Hikmət Abdullayev deyib. O, atasının bu illər ərzində həmişə diqqətdə saxlandığını bildirib:

“Ağaxan müəllim heç vaxt yaddan çıxmır. İstər sənət cameəsində, istər ailəsində, istərsə də dövlət səviyyəsində o, həmişə xatırlanır. Ötən il Muğam Mərkəzində 70 illik yubileyi keçirildi. Sağ olsunlar ki, atamı unutmurlar. O, nəinki doğum günündə, hər gün yada düşür, ailə üzvlərinin qəlbində yaşayır. İndi pandemiyaya görə bir müddətdir ki, işlərimiz dayanıb, amma gələcək proyektlərimizdə atama həsr edəcəyim musiqilər olacaq. 

Bu gün ailə üzvlərimiz bir yerə yığışacaq və atamın məzarını ziyarət edəcəyik. Atamın elə ən böyük arzularında biri o idi ki, Qarabağımız işğaldan azad edilsin və orda konsert versin. Allah ona bunu qismət etməsə də, şükür ki, torpaqlarımız işğaldan azad olundu”.

Qeyd edək ki, bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür. O, 1950-ci il Bakının Əmircan kəndində anadan olub. 2016-cı il dekabrın 25-də xərçəng xəstəliyindən dünyasını dəyişib. 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti