"Sözün düzü, Xumar xanım mənim mahnımı icazə almadan oxumuşdu, amma bəyəndim..."

13-03-2021, 10:21
20
"Sözün düzü, Xumar xanım mənim mahnımı icazə almadan oxumuşdu, amma bəyəndim..."
“Türkiyədə hamı məni mənfi rollarla tanıdığına görə “Yeşilçamın pis qadını” adlandırdılar. Amma mən hər zaman buna etiraz edirəm. Bu tamaşaçılar tərəfindən yalnış anlaşılıb və məni üzən haldır. Bir filmdə məşhur müğənni Ajda Pekkanla çəkilirdim, filmdə belə bir səhnə var idi ki, Ajda Pekkan mənim əsirim idi, onu qamçılayırdım. Ajda Pekkanı qamçılayanda hər ikimizi də gülmək tuturdu. Bu filmdən sonra onunla çox yaxın dost oldum. Mən heç kimə pislik etməmişəm. Əslində filmlərdə başıma belə bir hadisə gəlib ki, başqa bir qadın yoldaşımla mənə xəyanət edir, mən haqqımı tələb edəndə isə pis qadın oluram? Mənim yuvamı dağıdanlar yaxşı qadın oldu, mən pis? Bunu heç bir zaman qəbul etmirəm. Mən rollarımı sevərək oynamışam, bu rolların hər birindən 25-ə qədər mükafat almışam”
Bunu Moderator.az-a açıqlamasında məşhur türkiyəli aktrisa Lalə Belkis deyib.
 
O, Azərbaycanı çox sevdiyini və 44 günlük müharibəni yaxından izlədiyini bildirib.
 
“Biz hər zaman sizinlə bərabər yaşamışıq. Azərbaycan bizim qardaşımız, onun sevincini də, üzüntüsünü də bərabər paylaşmışıq. Müharibə dönəmində də sizin ölkənizi izləyirdim, göz yaşlarımı saxlaya bilmirdim. Haqqınızı, haqqınız olanı aldınız. O torpaqların hamısı sizin olub, indi də sizindir. Ermənilər hazıra qonmağa alışıblar. Onlar vaxtilə biz türklərin də başına oyun açıblar. Öz xislətləri ilə özlərini, iç üzlərini dünyaya belə tanıdıblar” deyə məşhur aktrisa bildirib.
 
Aktrisalıqla yanaşı rəssam və müğənni kimi də fəaliyyət göstərən Lalə Belkis mahnılarının Azərbaycanda da çox sevildiyini bildirib.
"Mənim “Doğuldum ev” mahnımı sizin müğənniniz Xumar Qədimova çox gözəl oxuyub. Dəyişik tərzdə olub, eynilə mən oxuduğum kimi alınmayıb. Xumar Qədimovaya “Nəşəli günlər” adlı bir mahnımı da vermək istəyirəm, onun səsinə çox gözəl yaraşır. Nəinki Xumar xanım, digər müğənnilərin də mahnılarımı oxumasına sevinərəm. Xumar xanım mənim mahnımı sözün düzü icazə almadan oxumuşdu, amma gördüm, bəyəndim. Mən onlardan pul istəmirəm, amma çox yaxşı olar ki, oxumazdan öncə məndən icazə alsınlar” deyə aktrisa bildirib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti