Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib

21-02-2019, 11:56
73
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədi ilə Avropa İttifaqının nümayəndə heyətləri ölkəmizə səfər edib.

Xarici İşlər Nazirliyindən “Ölkə.Az”a verilən məlumata görə, Aİ tərəfindən Saziş üzrə əsas danışıqçı, Avropa Xarici Fəaliyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Lyuk Dövinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə AR Xarici İşlər Nazirliyində siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu baş tutub.

Aİ nümayəndə heyəti, həmçinin xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib.

Aİ-nin Ticarət üzrə Baş Direktorluğunun nümayəndəsi Petros Sourmelisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan tərəfi ilə Saziş layihəsinin ticarət sahəsi üzrə danışıqlarını bu ilin 15-20 fevral tarixlərində Bakıda davam etdirib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti