Fəzail Ağamalı: “Xocalı soyqırımını törədənlər gec-tez mühakimə olunacaq”

25-02-2019, 16:08
58
Fəzail Ağamalı: “Xocalı soyqırımını törədənlər gec-tez mühakimə olunacaq”
“Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımı cinayətini törədən insanların ədalət məhkəməsinə cəlb edib, onların olduğu layiqli cəzanın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin iradəsi ortadadır və bu insanlar gec-tez məhkəmə qarşısında cavab verəcəklər”.

 Bunu “Ölkə.Az”a açıqlamaında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi ilə bağlı cinayət işi davam etməkdədir.

 “Biz Xocalı faciəsini törədən canilərin ədalət məhkəməsində mühakiməsinə nail olmaq üçün fəaliyyətimizi daha da gücləndirib Xocalı soyqırımının tanıdılmasına nail olmalıyıq. Azərbaycan dövləti, xüsusən də Heydər Əliyev Fondununun prezidentinin birinci müavini Leyla Əliyevanın  rəhbərliyi altında  “Xocalıya ədalət” kampaniyası həyata keçirilir.Artıq bu fəaliyyət konkret olaraq öz nəticəsini verməkdədir. Bir sıra ölkələr Xocalı faciəsini bir soyqırım aktı kimi tanıyıblar. Əminəm ki, bu kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət  öz müsbət nəticəsini verəcək”, - deyə deputat bildirib.

 F.Ağamalı əlavə edib ki,  bu məsələdə Azərbaycan qarşı ikili standartın olmasını şahidi oluruq: “Lakin buna baxmayaraq mən əminəm ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında nəinki torpaqlarımızı işğaldan azad edəcəyik, o cümlədən Xocalı soyqrımı törədənlərin də beynəlxalq tribundana mühakimə olunmasının şahidi olacağıq”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti