“Xocalıdakı qırğın Azərbaycan tarixinin qanlı səhifəsidir” — Millət vəkili

26-02-2019, 18:45
53
“Xocalıdakı qırğın Azərbaycan tarixinin qanlı səhifəsidir” — Millət vəkili

“Xocalıda və Qarabağda Azərbaycan xalqına qarşı cinayət törədən canilər bu gün öz erməni xalqına qarşı insanlığa sığmayan cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Biz yaxın gələcəkdə bu cinayətkarların Azərbaycan xalqına qarşı törədtiyi cinayətə görə mühakimə olunacağının şahidi olacağıq”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili, YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.

Deputat bildirib ki, Xocalıdakı qırğın Azərbaycan tarixinin qanlı səhifəsidir: “Biz həlak olanların xatirəsini hüznlə anırıq və intiqam deyil, ədalət tələb edirik! Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq məlumat kampaniyası ona görə “Xocalıya ədalət” adlanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ədaləti önə çıxarır və Xocalıda hərbi cinayətlərdə təqsirli olanların məsuliyyətə cəlb olunmasına çağırır”.

Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı vəhşilikləri, insanlıq əleyhinə cinayətləri törədənlər mütləq şəkildə bir gün törətdikləri bu vandal əməllərin layiqli cəzalarını alacaqlar. “Bu insanlar təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda Ermənistanda hakimiyyətə gəldikdən sonra nəinki öz xalqını dözülməz bir şəratidə yaşamağa məhkum etdilər, həmçinin buna qarşı çıxanlara qarşı amansız divan tutdular, qətlimlar törətdilər.Hazırda bu insanlar öz xalqına qarşı törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar. Ancaq bir gün Azərbaycan xalqına qarşı törətdiyi əməllərə görə cavab verməli olacaqlar. Bunu deməyə əsasımız var. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində biz yaxın gələcəkdə bunun şahidi olcağıq”, – deyə millət vəkili bildirib.
S.Fətəliyeva bildirib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində dünyanın müxtəlif ölkələri Xocalını bəşərə və insanlığa qarşı cinayət hadisəsi adlandıraraq soyqırım kimi qəbul edirlər:

“Artıq çoxsaylı dünya ölkələri və ölkələrin parlamentləri Xocalı hadisəsini soyqırım kimi tanıyıblar. Məqsədyönlü və davamlı fəaliyyətimiz nəticəsində Azərbaycan xalqımıza qarşı cinayət törədən bu canilər ədalət məhkəməsi qarşısında mühakimə olunacaqlar”.

Deputat sonda onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinə və zorakılığa son qoyulmasının yeganə üsulu Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur etməkdir. O vurğulayıb ki, dünya ictimaiyyətinin üzərində məhz bu məsuliyyət dayanır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti