Icra başçısının müavini: “Dayım onların gözü qarşısında can verdi”

28-02-2019, 14:45
159
Icra başçısının müavini: “Dayım onların gözü qarşısında can verdi”

Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Unikal.org-a açıqlama verən Şabran rayon icra başçısının müavini, mərhumun bacısı oğlu Fikrət Nuşiyev bildirib ki, həkim rəyinə əsasən dayısı dəm qazından dünyasını dəyişməyib:

“Dəqiq nədən öldüyü bilinmir. Həkimin qoyduğu diaqnoz qəflətən ürəyin tutması ilə bağlı olub. Yəni, durduğu yerdə qəflətən ürəyi tutub. Dəm qazından zəhərlənmə məsələsi arada gəzən boş söhbətlərdir. Ona görə də müvafiq orqanlar araşdırır. Ailə üzvlərinin bildiyi odur ki, Rövşən müəllim ürək tutmasından dünyasını dəyişib. Mərhum dünyasını dəyişəndə evdə həyat yoldaşı və qızı da olub. Dayım onların gözü qarşısında dünyasını dəyişib. Sonra təcili tibbi yardım çağrılsa da gec olub. Mərhumun iki övladı-bir qızı, digəri oğlandır”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti