"İş həll olunsaydı, 500 manat verəcəkdi" - rüşvət almaqda ittiham edilən məmurun işi

5-03-2019, 12:06
101
"İş həll olunsaydı, 500 manat verəcəkdi" - rüşvət almaqda ittiham edilən məmurun işi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Ağa Məmdova heç kimdən rüşvət almadığını, heç kimi rüşvətə təhrik etmədiyini deyib. Bildirib ki, daha əvvəl tanıdığı Elvin Manafov adlı şəxs ona zəng Türkiyə vətəndaşı Füsun Baştürkün vergi ilə bağlı problemi var və onun həllinə kömək lazımdır:

"Mənə sənədləri göstərəndə bildirdim ki, bu mühasibatlıq işidir. Mən də onları Vasif adlı mühasiblə görüşdürdüm və bu işi onun görəcəyini bildirdim. Sənəd işlərini Vasiflə görməli idilər".

Suallara cavab verən A.Məmmədov bu işdə marağı və vasitəçi olmasının səbəbini izah edib: "Elvin və Füsun xanım məni tanıyırdı. Ona görə də bu işi mən həll etmək istədim. Bu iş həll olunsa Elvin mənə 500 manat verəcəkdi".

A.Məmmədov Vasif adlı mühasib dostundan indi xəbərsiz olduğunu deyib: "Onunla bir məhəllədə qalırdıq. Sonra ikimiz də köçdük. Bu söhbətdən sonra onunla danışmırıq. İndi harada olduğunu bilmirəm".

Prokuror bildirib ki, iş üzrə ifadə vermiş hər iki şahid yenidən məhkəməyə çağırılmalı və çarpaz dindirilmə aparılmalıdır.

Hakim bildirib ki, hər iki şahidə məhkəməyə gəlmələri ilə bağlı xəbərdarlıq edilib. Lakin onlar məhkəməyə gəlməyib. Növbəti prosesdə onların məhkəmədə iştirakı təmin ediləcək.

F.Baştürk sərbəst ifadəsində deyib ki, bir neçə ildir Azərbaycanda biznes sahəsində fəaliyyət göstərir. O qeyd edib ki, 3 ilə yaxındır Vergilər Nazirliyindən 17 min manat alacağı var. Onun sözlərinə görə şirkətinin gördüyü işlərə ondan tutulan ikiqat verginin bir hissəsi məhz həmin 17 min manatdır:

"Mən həmin pulu geri ala bilmirdim. Biz Ağa Məmmədovla görüşüb danışdıq. 1500 manat qarşılığında bu işi görə biləcəyini, sənədləşmə işini aparacağını dedi. Sonra Ağa bəy də bir müddət yox oldu. Məcbur qalıb Vergilər Nazirliyinə məktub yazdıq. Sonra Ağa özü bizi tapdı və pulu qaytardı. O zaman da dedim ki, şikayət və tələbim yoxdur".

Digər şahid Elvin Manafov ifadəsində qeyd edib ki, Ağa Məmmədovu 2 ilə yaxındır tanıyıb və F.Baştürkün problemin həlli üçün onunla tanış edib.

Elvin Manafov bundan başqa şirniyyat mağazası işlədən Elvin Manafov vergiyə olan 5700 borc məsələsini həll etmək üçün də Ağa Məmmədova müraciət edib.

Belə ki, Elvin Manafov Ağa Məmmədova 1500 manat ödəniş edərək vergiyə olan 5700 manat borcunu sildirmək istəyib.

Məhkəmənin növbəti iclası martın 11-də davam etdiriləcək.

İttihama görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlu əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib.

Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə pul verilməsi müqabilində həll edəcəyini bildirib.

A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//musavat.com

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti