Moskva bazarında kütləvi yoxlama – azərbaycanlı satıcılar hədəfdə

12-03-2019, 14:55
147
Moskva bazarında kütləvi yoxlama – azərbaycanlı satıcılar hədəfdə

“Rosqvardiya” və polis əməkdaşları başlıca olaraq azərbaycanlıların çalışdığı Moskvanın ən iri ərzaq bazarlarından olan “Fud Siti”də reyd keçirir.

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin dediyinə görə, martın 12-də Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara “Rosqvardiya” əməkdaşları səfərbər olunub. Onlar girişləri bağlayaraq, bazar ərazisinə heç kəsi buraxmır. Polis əməkdaşları isə axtarışlar həyata keçirir, bazarda işləyənləri sorğu-sual edir.

Reydin səbəbi və saxlanılanların olub-olmaması barədə məlumat yoxdur.

Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı Qodu Nisanov və Zarah İliyevə məxsus “Sadovod” paytaxt bazarında, həmçinin, “Moskva” ticarət mərkəzində də həyata keçirilmişdi.

Reydin gedişində bir neçə nəfər saxlanılıb.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti