Azərbaycanda bu il 345 sahibkara 37 mln. manat güzəştli kredit verilib

8-05-2019, 19:01
114
Azərbaycanda bu il 345 sahibkara 37 mln. manat güzəştli kredit verilib

Bu ilin əvvəlindən Azərbaycanda 345 sahibkarın ümumi dəyəri 98,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 37 mln. manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu nazir müavini Sahib Məmmədov bu gün Qubada təşkil olunan işgüzar forumda çıxış edərkən deyib.

Nazir müavinin sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1400-dən çox iş yerinin yaradılmasına imkan verəcək: "Verilən güzəştli kreditlərin 65%-i aqrar sektorun, 35%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib".

Nazir müavini həmçinin bildirib ki, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 204,1 mln. manat güzəştli kredit ayrılıb. 
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 27 sahibkara 1,5 mln. manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süfrə suları istehsalı, meyvə-tərəvəz qablaşdırılması sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 70-dən çox iş yeri açılmasına imkan yaradacaq. Tədbir çərçivəsində Qubada güzəştli kredit ayrılmış çörək istehsalı müəssisəsinə və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək dəyəri 165,5 mln. manat olan 29 intensiv bağçılıq və tingçilik təsərrüfatının maliyyələşməsinə 46,8 mln. manat güzəştli kredit verilib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti