DİM bu gün keçirilmiş qəbul imtahanında hansı abituriyentlərin nəticələrinin ləğv ediləcəyini açıqlayıb

12-05-2019, 20:51
91
DİM bu gün keçirilmiş qəbul imtahanında hansı abituriyentlərin nəticələrinin ləğv ediləcəyini açıqlayıb

"Abituriyentlər test tapşırıqlarının kodlaşdırılması zamanı səhvlərə yol verirlər".

ONA-nın məlumatına görə, bunu bu gün I və IV qruplar üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı sualları cavablandıran Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adgözəl Həbibov bildirib.

A. Həbibov deyib ki, bu gün keçirilən qəbul imtahanında həm qapalı tipli test tapşırıqları, həm ə kodlaşdırılması tələb olunan açıq tipli test tapşırıqları, həm də yazılı cavab verilməsi tələb edilən test tapşırıqları olub: "Yəni cavablar iki sənədə işlənir. Bunlardan biri cavab kartı, digəri cavab vərəqidir. Cavab kartına kodlaşdırılması tələb olunan cavablar işlənir. Xalq arasında deyildiyi kimi, burada sürüşdürmə halları çoxdur, bununla bağlı bu gün müraciətlər olub. Yaxud yazılı şəkildə cavablandırılması tələb olunan cavabların cavab vərəqinə yazılması zamanı abituriyent diqqətsizliyə yol verir, bir sual üçün ayrılmış bölməyə digər sualın cavabını yazır. Biz belə halları necə aradan qaldıra bilərik? Abituriyentlər imtahan sənədlərinin işlənməsi zamanı həm sadə karandaşdan, həm də diyircəkli qələmdən istifadə edə bilərlər. Abituriyentlər səhvə yol verməmək üçün cavab kartını işləyərkən sadə karandaşdan istifadə etsinlər, artıq buna icazə verilir. Bu, abituriyentə səhvini aradan qaldırmağa, pozaraq başqa cavabı yazmağa imkan verir. Cavab vərəqini isə mütləq diyircəkli qələmlə, cavab üçün yarılmış çərçivədən kənara çıxmamaq şərti ilə səliqəli formada yazmaq lazımdır". 

DİM sektor müdiri qeyd edib ki, cavab kartları və cavab vərəqlərinin yanaşı əyləşən abituriyentlər tərəfindən dəyişik salınması kimi hallara da rast gəlinib: "Belə hallara mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında daha çox rast gəlinib. Bu günkü imtahanda yanaşı əyləşən abituriyentlərin cavab kartları və vərəqlərinin dəyişik salınması hallarına rast gəlmişik". 

A. Həbibov bildirib ki, bu qəbul imtahanında 3 nəfər başqasının yerinə imtahan binasına daxil olmağa cəhd edib: "Biz bu faktları protokollaşdırdıq, onlar imtahandan uzaqlaşdırıldı. İmtahana mobil telefonların keçirilməsi cəhdləri də davam edir. İki mobil telefon abituriyentlər tərəfindən istifadə edilmək istənilən zaman onlar aşkarlanıb və imtahandan uzaqlaşdırılıb". 

DİM sektoru müdiri onu da nəzərə çatdırıb ki, bəzən yaddaş kitabçasında göstərilməsinə baxmayaraq, abituriyentlər imtahanın yekununda da səhlənkarlığa yol verirlər: "Abituriyentlər sual kitabçasını götürə bilərlər. Amma a sual kitabçası ilə birlikdə  cavab vərəqini də götürüb imtahandan çıxan abituriyentlər olub. Bu imtahanda da 4 belə hal baş verib. Bu hallar aktlaşdırılıb. Həmin abituriyentlərin də nəticələri ləğv olunacaq".

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti