Nazir: “Aİ ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurla inkişaf edir”

14-05-2019, 13:47
64
Nazir: “Aİ ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurla inkişaf edir”

“Ümumilikdə Aİ ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurla inkişaf edir”.

Bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın ixracının 42 faizi Aİ bazarına gedir: “Aİ Azərbaycan iqtisadiyyatında ən böyük investordur. İqtisadi tərəfdən iqtisadi baxımdan əlaqələr inkişaf edir. Biz hərtərəfli strateji razılaşma üzrə danışıqlar aparırıq. Bu ikitərəfli sənəddir.Səmimi şəkildə deməliyəm ki, bu heç də asan deyil. Biz mümkün qədər sürətlə iqtisadi və ticarət məsələlərinə aid məsələlər üzrə müzakirələr aparırıq. Bu çox vacib sənəddir”. (ona.az)

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti