ABŞ prezidentinin köməkçisinin müavini: "Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində səylərini dəstəkləyirik"

23-05-2019, 19:15
226
ABŞ prezidentinin köməkçisinin müavini: "Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində səylərini dəstəkləyirik"

“ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istiqamətində səylərini dəstəkləyir".

ONA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidentinin köməkçisinin müavini və “Ağ Ev” Milli Təhlükəsizlik Şurasının Mərkəzi Asiya üzrə baş direktoru Liza Kurtis ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda çıxışı zamanı deyib.

"Xəzər dənizi regionu ticarət mərkəzi üçün vacib bölgəyə çevrilməkdədir və bu region ABŞ hökumətinin əsas maraqlarının qovşağında yerləşir”, - deyə o bildirib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti