“LUKoil” Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır”

6-06-2019, 16:48
284
“LUKoil” Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır”

“LUKoil” Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır”.
Bunu APA-nın Rusiya bürosuna müsahibəsində “LUKoil” şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib.
O, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib: “Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq”.
“LUKoil” prezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-la əməkdaşlığından da danışıb: “Biz hazırda SOCAR-la “Ümid və “Babək” yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”.
V. Ələkbərov “LUKoil” və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib: “Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, “LUKoil” “SOCAR Türkiyə”nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti