Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşür

20-06-2019, 09:23
138
Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşür

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşür
Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür.
Bunu öz “Twitter” səhifəsində XİN-in mətbuat katibi Leyla Abdullayeva yazıb.
“Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür”, - deyə, o bildirib.
Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti