Ata oğlunun müalicəsi üçün Mehriban Əliyevaya müraciət etdi

8-07-2019, 10:28
7
Ata oğlunun müalicəsi üçün Mehriban Əliyevaya müraciət etdi

Zaqatala rayonu Danaçı kənd sakini Əliyev Rüstəm Rəcəb oğlu tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasında xəstə, əlil uşaqların himayədarı hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm.
Hörmətli Mehriban xanım, 14 iyul 2012-ci il tarixdə mənim ailəmdə 5 əkiz uşaq doğuldu.Onların dördü bir həftə ərizndə öldü, bir oğlum Səidəfəndi sağ qaldı.İndi balaca Səidəfəndinin 7 yaşı var. O, anadan gəlmə lal-kardır. Eşitmir, buna görə ona əlillik təyin olunub, pensiya alır.

Balaca Səidəfəndinin qulağını müayinə edən həkimlər deyirlər ki, onun qulağının tam eşitməsi və danışması üçün müalicə İran və Türkiyədə mümkündür.Buna isə bizim maddi imkanımız yoxdur.Ailədə beş nəfərik, heç kəs işləmir.Maddi imkanımız sıfıra bərabərdi.

Balaca Səidəfəndi çox bacarıqlı uşaqdır. Ancaq, danışa bilmir, eşitməsi çox ağırdır.Qulağına eşitmə aparatı tətbiq edilib. Biz ümüdimizi Mehriban xanım Əliyevaya bağlamışıq. Hörmətli Mehriban xanım, ailəm adından Sizdən çox-çox xahiş edirəm 7 yaşlı oğlum Səidəfəndinin Türkiyə və ya İranda mülaicə olunmasına köməklik göstərəsiniz.

Əlaqə telefonu; 050 656-82-09

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti