Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert - FOTO

15-07-2019, 00:26
28
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert - FOTO

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Samir Cəfərov, Mənsum İbrahimov, Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədovalar, İlqar Muradov, Mələkxanım Əyyubova, Əməkdar artistlər Fərqanə Qasımova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, tanınmış ifaçılar Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ərəstun Quliyev, həmçinin “Mirvari” rəqs ansamblı çıxış edib.

Sənətçilərin səsləndirdikləri mahnı və kompozisiyalar paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının alqışları ilə qarşılanıb.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti