Millət vəkili “Qarabağ”ı təbrik etdi

7-08-2019, 23:53
53
Millət vəkili “Qarabağ”ı təbrik etdi

Azərbaycanın “Qarabağ” komandası Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Kiprin APOEL komandasına qalib gəlib. Komandamızın bu qələbəsi bizə ikiqat sevinc bəxş etdi. Bu qələbənin həm idman, həm də siyasi nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür.

Trend-in məlumatına görə, bunu Millət vəkili, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

Millət vəkili qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidən verdiyi sərsəm bəyanata “Qarabağ”ın bu qələbəsi tutarlı cavab oldu:

"Qədim Azərbaycan torpağı olan Qarabağın adını şərəflə daşıyan və bu adı bütün dünyaya tanıdan “Qarabağ” qələbəsi ilə göstərdi ki, komanda Azərbaycanı bütün dünyada layiqincə təmsil edir.

Bu qələbə münasibəti ilə “Qarabağ” komandasının üzvlərini, məşqçi heyyətini, komandanın rəhbərliyini təbrik edir və növbəti oyunlarada uğurlar arzu edirəm. Eyni zamanda, Azərbaycan ictimayyətini “Qarabağ” komandasına hərtərəfli dəstək göstərməyə çağırıram".

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti