Prezident sərəncam imzaladı

20-09-2019, 19:18
5
Prezident sərəncam imzaladı


Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Bizimyol.info xəbər verir ki, sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib. Qeyd edək ki, M.İmanova Bakı Dövlət Universitetinin (BDU) dosenti, riyaziyyat üzrə fəlsəfə doktorudur. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilsin”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti