Olimpiya milli yığma komandaların baş məşqçilərinin maaşları artırılıb

9-10-2019, 14:42
6
Olimpiya milli yığma komandaların baş məşqçilərinin maaşları artırılıb

“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinin maaşları 594 manatdan 890 manata qədər artırılıb.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti