İlham Əliyev Aydın Süleymanlını təbrik etdi

13-10-2019, 14:36
7
İlham Əliyev Aydın Süleymanlını təbrik etdi
Prezident İlham Əliyev Aydın Süleymanlını şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanması münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.

 

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti