“Azərbaycan muğamını dünyaya tanıtdı”

26-08-2018, 14:13
108
“Azərbaycan muğamını dünyaya tanıtdı”

Xalq artisti, professor Mənsum İbrahimov: "Mehriban xanım bütün xalqın məhəbbətini qazanmış insandır”

Azərbaycanın Xalq Artisti, məşhur muğam ustası, Professor Mənsum İbrahimov Bizim Yol-a açıqlamasında deyib ki, Azərbaycan muğamının inkişafinda Mehriban xanım Əliyevanın rolu danılmazdır: "Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycan muğamında yeni inkişaf dönəmi başlayıb. İlk olaraq, "Qarabağ xanəndələri” muğam toplusunun çap olunması, muğam gecələrinin təşkil oluması və təbii ki, ən böyük layihə olan Muğam televiziya müsabiqələrinə start verilməsi böyük işlər idi. 2005 -ci ildən başlayaraq bu günə qədər 6 muğam televiziya müsabiqəsi olub. Bu müsabiqə nəticəsində biz 120 gənc ifaçını xalqa təqdim etdik. Heç vaxt heç bir dövrdə bu qədər gənc ifaçı muğam sənətinə gəlməmişdi. Cünki mən bunu müsabiqənin Münsiflər Heyətinin üzvü kimi deyə bilərəm. Hər dəfə biz Azərbaycanın bölgələrini gəzərək 400- 500 ifaçının arasından 20 ən yaxşı gənci seçib , xalqa təqdim etmişik. 3 ay davam edən canlı efirdə onları xalqa tanıtdırmışıq. Onları xalq qəbul edib. Artıq onların bir çoxunun fəxri adları var, sevilirlər. Dövlət tədbirlərində, Azərbaycandan kənarda Azərbaycan muğamını, mədəniyyətini layiqincə təmsil edirlər. Eyni zamanda beynəlxalq muğam festivalları. Artıq 5-i keçirilib. Dünyanın bir çox ölkələrindən ifaçılar Azərbaycana gəlir. Azərbaycan artıq bu festivallara, müsabiqələrə ev sahibliyi edir. Bakımızda Beynəlxalq Muğam Mərkəzi , Ağcabədidə, Fizulidə muğam mərkəzləri tikilib. Ağdamda tikilən muğam mərkəzi bu yaxinlarda istifadəyə veriləcək. Eyni zamanda mədəniyyət mərkəzlərinin təmiri, yeni konsert zallarının tikilməsi, xalqa təhvil verilməsi çox gözəl haldır. Qəbələdə hər il ənənıvi keçirilən musiqi festivalı, Rostropoviç musiqi festivalı və bu kimi festivallar Heydər Əliyev.Fondu tərəfindən təşkil olunur. Bu işlərin təşkilinə şəxsən Mehriban Əliyeva rəhbərlik edir. Azərbaycan muğamını bu gün bütün dunyada tanıyırlar və sevirlər. O da əlbəttə Heydər Əiiyev Fondu tərıfindən Azərbaycan muğamının Avropada, Qərb ölkələrində, Asiyada müntəzəm təbliğ olunması, tanıdılması sayəsində mümkün olub”

Mənsum İbrahimov deyib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan bir çox sosial layihələr bütün xalqın gözü qarşısındadır: "Mehriban xanım bütün xalqın sonsuz məhəbbətin qazanmış bir insandır. Mən hər dəfə fikir verirəm ki, o, bu layihələrin, bu işlərin hamısını sevərək edir. O, öz xalqını, öz millətini ürəkdən sevən əsl Azərbaycan xanımı, ölkəmizin Birinci Vitse prezidenti, xalqın sonsuz etimadını, məhəbbətini qazanmış bir insandır. Mehriban xanımın həm də gözəl ailəsi, övladları, nəvələri var. Mehriban xanımın ad günüdür. Mən Mehriban xanım Əliyevanı təbrik edirəm, ona daha uzun ömür, həyatda, dövlət işində, ictimai-siyasi fəaliyyətində, mədəniyyətimizin inkişafı naminə xidmətlərində daha böyük uğurlar arzulayıram”.


скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti