Kəlbəcərdəki qədim Azərbaycan məbədindən  xəzinə oğurlandı...

20-02-2020, 10:00
28
Kəlbəcərdəki qədim Azərbaycan məbədindən  xəzinə oğurlandı...

 


 

Azərbaycanın 27-ci ildir ki, işğal  altında qalan Kəlbəcər rayonundakı ölkəmizin xristian dövrünə aid qədim Xudavəng məbədindən qiymətli əşyalarla dolu xəzinə oğurlanıb.
 
 Xankəndidəki separatçı nəşrlərin yazdığına görə,  bu barədə qondarma rejimin “polisi”nə dünən – fevralın 18-də  Kəlbəcər ərazisində sülənən ermənilərdən  biri məlumat çatdırıb.  Məlumatda deyilir ki, həmin gün saat 18-19 radələrində Xudavəng məbədində xəzinə dolu sandıq naməlum şəxs tərəfindən oğurlanıb.
Separatçı rejim “polisi” araşdırma aparır.
Qısa məlumat:
Xudavəng monastır kompleksi ("Xotavəng monastırı" – farscadan tərcümədə "təpədə yerləşən"; "Dədəvəng monastırı") — Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban[1] məbəd kompleksi. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar . Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.
Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Ağdərə Rayon Partiya Komitəsinin katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar.
Ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və "ulu "Artsak"ın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması" haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti