“YouTube” şəbəkəsinin “Bumerang Media” kanalına

13-09-2020, 17:58
11
“YouTube” şəbəkəsinin “Bumerang Media” kanalına

 

 

“YouTube”  şəbəkəsinin “Bumerang Media” kanalında  Ağsu  şəhər sakini HaqverdiyevDönməz Ləzgixan oğlunun  müraciəti ilə bağlı yayımlanmış  video-informasiyaya

 

T Ə K Z İ B

 

              “YouTube” şəbəkəsinin Bumerang Media kanalında yayımladığınız 11.09.2020-ci il tarixli video-informasiyada Ağsu şəhər sakini Haqverdiyev Dönməz Ləzgixanoğlu çıxış edərək 05.02.2019-cu ildə baş vermişzəlzələdən sonra evinədəyən ziyanla əlaqədar etdiyi müraciətlərə baxılmadığından şikayətlənmiş vəona köməklik göstərilməsini xahiş etmişdir. 

             Video-müraciət tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, D.Haqverdiyevinyaşadığı Ağsu şəhəri,Koroğlu küçəsi, 16nömrəli evə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və təmirə ehtiyacı olanev kimi qeydə alınmışdır. D.Haqverdiyevinevinin təmiri üçün smeta sənədləri hazır olduqdan sonra podratçı təşkilat tərəfindən təmir işlərinə başlanılacaqdır.

             Nəzərinizə çatdırırıq ki, D.Haqverdiyevevinə zəlzələdən ziyan dəyməsi ilə bağlı bu günə kimi Ağsu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etməmiş, qəbulda olmamışdır.             Odur ki, D.Haqverdiyevin müraciətlərinə baxılmaması barədə kanalınıza açıqladığı məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir və tələbi əsassızdır.

            Bunları nəzərə alaraq “Youtube” şəbəkəsinin “Bumerang Media” kanalında yayımladığınız video-informasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

 

Ağsu Rayon İcra Hakimiyyəti

 

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti