Səfər Əbiyev Veteranlar Təşkilatını ələ keçirir? – “O vəzifədə nə gözüm var, nə də...”

17-09-2020, 12:30
32
Səfər Əbiyev Veteranlar Təşkilatını ələ keçirir? – “O vəzifədə nə gözüm var, nə də...”


“Oraya sonuncu dəfə general-polkovnik Tofiq Ağahüseynovun ad gününü təbrik etmək üçün getmişəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatını “zəbt etməyə” çalışdığı haqda sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirən Müdafiə Nazirliyi Kadrlar İdarəsinin keçmiş rəisi, sabiq müdafiə naziri Səfər Əbiyevə yaxınlığı ilə seçilən general-mayor Məmməd Beydullayev deyib.

Sosial şəbəkələrdə keçmiş müdafiə naziri Səfər Əbiyevin yaxın dostu, Respublika Veteranlar Təşkilatının 98 yaşlı rəhbəri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovun öz postunu Əbiyevə və onun komandasına ötürməyə hazırlaşdığı haqda iddialar yayılıb.

Qeyd olunur ki, hətta Müdafiə Nazirliyi Kadrlar İdarəsinin keçmiş rəisi, general-mayor Məmməd Beydullayev adıçəkilən təşkilata gedərək, oradakı otaqlardan birində yerləşib və yalnız polis çağırılacağı haqda xəbərdarlıqdan sonra ofisi tərk edib.

Kifayət qədər maraqlı görünən bu məsələni araşdırmaq üçün sabiq müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlamağa çalışdıq.

Keçmiş nazir sorğumuza cavab olaraq. yaxın adamları vasitəsi ilə bildirib ki, onun nə Respublika Veteranlar Təşkilatında gözü var, nə də baş verənlərdən xəbərdardır.

Bu qalmaqalda adı hallanan general-mayor Məmməd Beydullayev isə Yenicag.az-a açıqlamasında bildirib ki, yayılan məlumat ona qarşı məqsədli şəkildə atılan iftiradır:

“Pensiyaya çıxmışam. Mənim nə hansısa vəzifədə gözüm var, nə də bunda maraqlıyam. Veteranlar Təşkilatına getməyim və orada otağı guya zəbt etməyim haqda iddia tamamilə uydurmadır.

Deyim ki, Veteranlar Təşkilatına sonuncu dəfə bir neçə ay bundan əvvəl general-polkovnik Tofiq Ağahüseynovun ad gününü təbrik etmək üçün getmişəm”.

Mövzunun araşdırılması zamanı bəzi maraqlı detalları da öyrəndik.

Məlum oldu ki, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov müavini Cəlil Xəlilovu pozuculuq faliyyətinə görə vəzifəsindən kənarlaşdırmaq istəyir. Qeyd edək ki, Cəlil Xəlilovon adı mətbuatda dəfələrlə rüşvət qarşılığında medal və müharibə veteranı vəsiqəsi paylamaqda hallanıb.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti