Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR

19-09-2020, 12:25
27
Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR

 

Hazırda ABŞ-da yaşayan keçmiş  Azərbaycan parlamentinin  keçmiş sədri Rəsul Quliyevin işğalçı Ermənistanın sabiq spikeri Babken Ararksyanla görüşünü əks etdirən fotolar yayılıb.
Moderator.az xəbər verir ki, bu görüntülər sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.
Fotolarda Rəsul Quliyevin erməni həmkarıyla, 1994-cü ildə, yəqin ki, “atəşkəs” razılaşmasından öncə Ermənistanın Azəzrbaycanla həmsərhəd İcevan ərazisində  görüşünün əks olunduğu bildirilir.
Xatırladaq ki, tarixdə “Bişkek protokolu” kimi qalan razılaşmanın ilkin mərhələsinə aid sənədlər  1994-cü il mayın 8-də imzalanıb. Sənədə Azərbaycan tərəfdən məhz  Ali Sovetin sədri Rəsul Quliyev  Ermənistan  tərəfdən isə erməni parlamentinin sədri Babken Ararksyan imza atıb. Eyni zamanda  Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İcra Hakimiyyəti başçısı Nizami Bəhmənov və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində Karen Baburyan da  razılaşmaya qol çəkib.
P.S....
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti