Zahid Oruc: “Qarabağa xarici sülhməramlı qüvvənin gəlişi işğalçılıq sayılar”

15-10-2020, 07:46
18
Zahid Oruc: “Qarabağa xarici sülhməramlı qüvvənin gəlişi işğalçılıq sayılar”

 

 Azərbaycanın əks-həmlə əməliyyatları çərçivəsində öz torpaqlarını işğaldan azad etməsi və Müzəffər Ordumuzun qazandığı tarixi qələbələr, Ermənistanın hərbi meydanda acınacaqlı məğlubiyyətə uğraması regionu uzun illər münaqişələr vasitəsilə idarə edən dövlətləri narahat etməyə başlayıb.27 sentyabr tarixindən sonra yaşanan hadisələr nəinki Cənubi Qafqazda, eləcə də digər regionlarda hökm sürən işğal gerçəkliyinin arxasında dayanan onlarla siyasi paytaxtların maraqlarını və çirkin məqsədlərini aydın şəkildə görməyə imkan verir. Halbuki Azərbaycanın ərazi bütövlüyünün təminatı bölgəmiz və dünya üçün tamam ayrı perspektivləri vəd edir.
Lakin hərbi meydanda əsas texniki, texnoloji və canlı qüvvələrinin ən üst heyətini itirən Ermənistanı kapitulyasiya aktından xilas etmək üçün ölkəmizə təzyiqlərin artdığını görməmək mümkün deyil.Bir tərəfdən, İrəvan müxtəlif kriminal-qanunsuz yollarla əldə etdiyi silahların və hərbi texnikanın daşındığı mərkəzə çevrilib.Əslində beynəlxalq terroru kimin ssenariləşdirdiyi və regionumuza atdığı göz qabağındadır.
Digər tərəfdən, Azərbaycanın mülki və silahsız ermənilərə qarşı heç bir əməliyyat həyata keçirmədiyi halda Qarabağda humanitar fəlakət çətiri altında hər hansı bir xarici dövlətin hərbi qüvvələrinin Azərbaycan prezidentinin və xalqının iradəsi ziddinə gətirilməsi açıq-aşkar işğalçılıq sayılar, təcavüzkarlıq aktı hesab oluna bilər.
Xatırladaq ki, ATƏT-in Budapeşt sammitinin yekun sənədlərinə əlavədə qeyd olunurdu ki, belə münaqişələrdə çoxmillətli sülhməramlı kontingenti formalaşdırmaq üçün bir ölkənin inhisarçılığına yol verməməkdən ötrü ümumi heyətin tərkibində onun çəkisi 33 faizdən artıq ola bilməz.
Ali Baş komandanın qeyd etdiyi kimi, Dağlıq Qarabağ ərazisində yaşayan dinc insanlarla müharibə aparılmır.Ona görə də sülhməramlı çətir altında regionda qərarlaşmaq nəinki Qafqazdakı hərbi-siyasi tarazlığı pozar, eləcə də SSRİ-nin süqutundan sonrakı millətlərarası konfliktlərin yeni forma və miqyasda meydana çıxmasına səbəb ola bilər.Dövlət rəhbərinin bəyanatı hamı üçün çərçivəni ortaya qoyur-bütün tənzimləmə tədbirləri görüləndən sonra həmin məsələyə sonda baxılması nəzərdə tutulur..
Ona görə də bütün dünya görür ki, regiona ədalətli sülhü məzh Ali Baş Komandan İlham Əliyev və Müzəffər Ordumuz gətirir!
Zahid Oruc, Millət vəkili
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti