ETSN-nin nəzərinə: Nərimanovda 100 ağac bir gecəyə qırıldı -VİDEO

10-09-2018, 16:34
2 499
ETSN-nin nəzərinə: Nərimanovda 100 ağac bir gecəyə qırıldı -VİDEO
ETSN-nin nəzərinə: Nərimanovda 100 ağac bir gecəyə qırıldı -VİDEO














Bir müddət əvvəl Bakı şəhərinin Xətai rayonu ərazisindəki Cavanşir küçəsi 27 ünvanında kütləvi ağac kəsilməsilə bağlı mətbuatda yazılar gedəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirmək zorunda qalmışdı.

Çünki məsələ onlarla saytda işıqlandırıldı. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova belə hallara qarşı sərt mövqe bildirdi:

""Nazirlik belə hallara qarşı qəti və barışmaz mövqe nümayiş etdirir. Buna baxmayaraq yenə də ağac kəsilməsi hallarına rast gəlinir. Əsasən də paytaxtda bəzi sahibkarlar və vətəndaşlar qanuna zidd olaraq ağac kəsilir. Yaşıllıq sahələri məhv edilir. Tikinti şirkətləri yaşıllıq əraziləri nəzarə almadan tikinti işləri aparırlar. Ağaclar kəsilir və yaşıllıq ərazilərə ziyan vurulur. Cərimələr artırılmalıdır ki, bunu edən şəxslər yüksək cərimələrdən qorxaraq ağac kəsilməsindən çəkinsinlər. Bundan başqa, cəmiyyətin qınağı və vətəndaşlıq münasibətləri burada böyük rol oynayır”.

Sonra əlavə etdi ki, bundan sonra vətəndaşlar tikinti gedən ərazilərdə, hasarlanmış yerlərdə ağac kəsilməsi təhlükəsi gördükdə nazirliyə xəbər versinlər. Bununla da, yarana biləcək hansısa problemin qarşısını vaxtında almaq olar.

Azerinfo.az olaraq müxtəlif ərazilərdə ki, ağac kəsimləri ilə bağlı əvvəlcədən nazirliyə dəfələrlə xəbər vermişik. Hətta birgə reyd keçirməyi təklif etmişik.

Düzdür, məhz İradə xanım məlumatlara diqqətlə yanaşıb. Səlahiyəti daxilində qanunsuzluğun qarşısın alıb.

Ancaq nazirlikdə bu işlərə birbaşa aidiyyatı olan şəxslər var axı.

Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbova belə məlumatları dəfələrlə vermişik. Hətta təklif etmişik ki, özümüz gedək ağac kəsilən yeri göstərək tədbir görün. Heç bir xeyri olmayıb. Bu adamlar sadəcə ağacların qorunmasında maraqlı deyillər.

Üstəlik sərf etməyəndə hədə-qorxu gəlib telefonda. Prezidentin tapşırığı var ki, ağac kəsimi olmasın. Sərt qaydada bəyanat verib dəfələrlə. Əlişah Rəcəbov prezidentin tapşırığına əməl etmirsə bu ayrı məsələ.





Azerinfo.az bildirir ki, Nərimanov rayonu , Nzim Hacıyev küçəsi 54-62 ünvanda "İnkişaf-S” şirkəti yüzlərlə ağac qırıb. Ərazidə olan köhnə ikimərtəbəli binalar uçurulub yerində yeni binalar tikiləcək. Ancaq bu ərazidəki 50-60 illik qocaman ağacları ucdantutma məhv etməyə kim icazə verib.

Təqdim etdiyimiz şəkil və videolardan gördüyünüz kimi "katlovan” qazılarkən ağacların kökləri artıq havada qalıb. Gecə vaxtlarında isə ağaclar səssizcə kəsib maşınla daşıyırlar.

ETSN-nin nəzərinə: Nərimanovda 100 ağac bir gecəyə qırıldı -VİDEO



























Yaxınlıqda yaşayan vətəndaşlar səhər oyananda yaşıllıqdan əsər-əlamət qalmır.

Nazirlik rəsmilərinin isə nə deyəcəyi indidən məlumdur. Guya ağaclar harasa köçürülüb. Bu haqda ətraflı ötən sayımızda yazmışıq.( http://azerinfo.az/gundem/34618-yasam-residence-70-agaci-birden-kesib-etsn-resmisi-ise-hede-qorxu-gelir-foto-video.html)

ETSN rəsmiləri ağacların hara köçürülməsini deyə bilməzlər,belə yer mövcud deyil.

Görünən isə odur ki, Bakı əhlisi keçmiş nazir H. Bağırovu həsrətlə yad edəcək. Onun vaxtında ağac qətliamı belə geniş vüsət almamışdı.скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti