"Bu anlaşmadakı ilk qazancımız Naxçıvana açılacaq artıq Türkiyədə adı qoyulmuş Turan yoludur"

17-11-2020, 10:11
7
"Bu anlaşmadakı ilk qazancımız Naxçıvana açılacaq artıq Türkiyədə adı qoyulmuş Turan yoludur"

 

10 noyabr Ali Baş Komandanın qələbə müjdəsindən sonra Rusiyanın ermənipərəst davranışları ölkədə hamının əsəblərini tarıma çəkib. Hamının yeganə təsəllisi Türkiyə faktorudur və bu gün Türkiyə silahlı qüvvələrinin Azərbaycana gəlməsi üçün gündəmə çıxarılan qanun layihəsi hamının yanan ürəyinə su səpib. Görəsən, Türkiyənin Böyük Millət Məclisindən çıxacaq qərar yaralarımıza məlhəm olacaqmı? Türkiyəli hərbçilərin Qarabağa gəlişi Rusiyanın son günlər etdiklərindən dolayı Azərbaycanda yaranan ictimai pərtliyi qismən də olsa aradan qaldıracaqmı?
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyir ki, cəbhədəki zəfəri diplomatiyada da davam etdirmək üçün hərəkətə keçmək zamandır:
"TBMM-dən çıxacaq qərar Türkiyənin ordusunun Azərbaycanda varlığını qanuniləşdirəcək və bu ordunun manevrlərini genişləndirəcək. Rusiya ilə danışıqlar davam edir, Türk ordu birliklərinin dislokasiya yerinin müəyyənləşdirilməsi nəticəsində də müdaxilə imkanları olacaq. Rusiyanın burada rolunu da azaltmaq baxımından əhəmiyyəti, şübhəsiz ki, olacaq. Düşünürəm ki, yaxın aylarda Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına da əngəl qalmayacaq. Biz bu məsələnin həllinə çalışmalıyıq. Bundan sonra söz diplomatiyanındır. Ermənilər belə hesab edirlər ki, işğalını başa çatdıra bilmədiyimiz ərazilərdə rusların köməyi ilə qalıb möhkəmlənəcəklər. Danışıqlar prosesində ərazi bütövlüyü çərçivəsində bu ərazilərə nəzarət etmək problemini həll edə bilsək ruslar yalnız müşahidəçi ola bilərlər. Heç bir vəchlə onlara burada yaşamaq haqqından başqa bir şey vermək olmaz. Heç bir öz müqəddəratını təyin etmə və ya status verilə bilməz. Zatən imzalanmış anlaşmada da bu yoxdur. Biz Ermənistanın təzminat ödəməsi məsələsini qanuniləşdirməliyik. Təbii ki, onlar vurduqları zərərə görə müəyyən ediləcək məbləği verə bilməyəcəklər. O halda ərazi istəməliyik. Bu ərazi Zəngəzur ola bilər. Ermənilər bundan narahatdırlar və Nikolun hakimiyyətdən getməsini ona görə istəyirlər ki, o bütün bunlara imza atmasın. Bizim bu anlaşmadan qazanacaqlarımızdan ən birincisi Naxçıvana açılacaq artıq Türkiyədə adı qoyulmuş Turan yoludur. Gələcək qələbələrin təmin edilməsi üçün buna təcili başlamalıyıq, Çünki ermənilər bundan imtina etmək üçün bəhanə axtarırlar. Və ümumən bu anlaşmadan geri çəkilmək üçün müxtəlif oyunlar qurmağa çalışırlar. Müharibədə qalıb olan ölkə diqtə etməlidir. Müharibədəki qərarlığımız diplomatik meydanda da özünü göstərməlidir".
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti