"Ermənilərin "İsgəndər”dən istifadəsinə Rusiyanın icazə verdiyi real görünmü-r, çünki..."

20-11-2020, 10:00
8
"Ermənilərin "İsgəndər”dən istifadəsinə Rusiyanın icazə verdiyi real görünmü-r, çünki..."
“Rusiyanın Azərbaycanın qarşı “İsgəndər” komplekslərindən istifadəyə icazə verməsi və onların bu əməliyatlarda uğursuz nəticə göstərməsi Rusiyanın hərbi sənaye kompleksinə ciddi zərbə ola bilərdi”
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:
“İsgəndər” kompleksləri və SU-30 təyyarələrinin Ermənistana Rusiya tərəfindən verildiyini nəzərə alsaq və bu komplekslərin hələ də ixrac potensialını qoruduğunu bildiyimizdən, bu komplekslərin istifadəsinə Rusiya tərəfindən icazə veriləcəyi real görünmür. Səbəbləri isə müxtəlifdir. Bilirik ki, Rusiya “İsgəndər” komplekslərini 2008-ci ildə Gürcüstana qarşı keçirdiyi döyüş əməliyyatlarında istifadə etdi və onların istifadəsi heç də ürəkaçan olmadı. Rusiyanın Azərbaycana qarşı “İsgəndər” komplekslərindən istifadəyə icazə verməsi və onların bu əməliyatlarda uğursuz nəticə göstərməsi Rusiyanın hərbi sənaye kompleksinə ciddi zərbə ola bilərdi. Bu baxımdan onların istifadəsi haqqında nə Azərbaycan, nə Rusiya, nə də Ermənistan rəsmiləri son əməliyyatlar zamanı heç bir bəyanat verməyiblər. Lakin Rusiya mətbuatı, xüsusilə avia.pro saytı Azərbaycana qarşı Ermənistanın “İsgəndər” raketindən istifadəsindən sonra vurulması faktını təsdiqləmişdi. İndi isə Akopyanın vəzifədən uzaqlaşdırılandan sonra belə bir açıqlama verməsi bir növ sonradan atılan daş effekti verir. Burda iki məqsəd ola bilər. Birincisi, Akopyan həqiqətən də bunu bilir və onun bunu iddia etməsi Azərbaycan-Rusiya və Rusiya-Ermənistan münasibətlərini pozmaq məqsədi daşıyır. İkinci məqsədi isə odur ki, həqiqətən də bu baş verib və Akopyan bəlli bir qurumlara “mən müharibənin gedişatında çox şeydən xəbərdaram, mənimlə ehtiyatlı davranın” mesajını verməyə çalışır. İstənilən halda mən bir çox yazılarımda “İsgəndər” mövzusuna dəfələrlə toxunmuşam. 
"SKUD" ballistik raketi
Onları “Skad”dan çox da fərqli, çox da üstün bir kompleks kimi qiymətləndirmirəm. Təbii ki, "İsgəndər" operativ taktiki raket kompleksləridir, güclü atış zərbəsinə malikdir. Lakin onların dəqiqliyi şübhəlidir, həm də real əməliyyatlar zamanı açılmama şansı çox böyükdür. Buna görə də istehsalçı “İsgəndər”i olduğundan bir az daha üstün təqdim etməyə çalışır. Nəzərə alsaq ki, Azərbaycan “Skud” kompleksinin bir neçə atıcı qurğusunu məhv edib və hansı ki, bizim ərazilərimizi, mülki əhalimizi bununla atəşə tuturdular. “İsgəndər” də bunlarda çox da fərqlənməyən bir kompleks olduğu üçün onun da məhv edilməsi bizim PUA-larımız üçün ciddi problem yaratmazdı. “Skud”ı vurmuşuqsa, demək “İsgəndər”i də vura bilərik. “İsgəndər”in istifadə edilməsinə isə Rusiyanın icazə verəcəyi real görünmür. Çünki həmin silahın istifadə olunması, Gürcüstandakı kimi birabırçı vəziyyətdə partlamaması və yaxud da hədəfdən kilometrlərlə yayınması baş versə, Rusiya artıq özünün bir çəkindirmə silahının heç də bu xüsusiyyətlərə uyğun gəlmədiyini etiraf etməli olacaq. Ona görə də mən “İsgəndər”in Rusiyanın icazəsi olmadan atılacağını düşünmürəm”.
Xatırladaq ki, Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan 44 günlük savaşda Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə edildiyini iddia edib, amma bu kompleksin hansı istiqamətdə tətbiq edildiyini bilmədiyini söyləyib. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti