Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb

21-11-2020, 09:36
18
Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb

 

Ermənistanda etiraz aksiyaları davam edir.
Polisdən bildirilib ki, bu gün İrəvanın Respublika meydanında keçirilən razılaşdırılmamış aksiyada 85 nəfər saxlanılıb.
Bundan başqa, bu gün bir qrup nümayişçi İrəvanın mərkəzində yerləşən müxtəlif küçələrdə yolları bağlamağa cəhd göstərib. Polis onların qarşısını alıb, bir neçə nəfərin saxlanıldığı bildirilir.
Aksiya iştirakçılarının əsas tələbi Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verməsidir.
Qeyd edək ki, İrəvanda etiraz aksiyaları noyabrın 10-dan başlayıb. Aksiyaların əsas təşkilatçıları “Respublika, “Daşnaksutyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır. Onlar Ermənistanın Qarabağ müharibəsində məğlub olmasının əsas səbəbkarı kimi Baş nazir Nikol Paşinyanı görür, onun istefaya getməsini tələb edirlər. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti