Paşinyan Naxçıvana dəhliz açmaq üçün Azərbaycana şərt İRƏLİ SÜRDÜ

8-01-2021, 17:39
11
Paşinyan Naxçıvana dəhliz açmaq üçün Azərbaycana şərt İRƏLİ SÜRDÜ

 

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsai ilə bağlı noybarın 10-da imzalanmış üçtərəfli razılaşmanın müddəalarına toxunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, əsir və girovların tam dəyişdirilməli olduğunu deyib.
“Yerevan üçün ilk növbədə razılaşmanın 8-ci bəndi - əsir, girov və saxlanılan şəxslərin tam dəyişdirilməsi, həmçinin, axtarış-xilasetmə işlərinin genişləndirilməsi vacib önəm daşıyır.
Paşinyan Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizinin açılması üçün şərt irəli sürüb.
“Bundan sonra nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, o cümlədən, Ermənistandan Rusiuya və İrana Azərbaycan ərazisi ilə yük daşımaları, Ermənistan ərazisindən isə Azərbaycandan Naxçıvana nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur. Üçtərəfli razılaşmada nə “Mehri”, nə də “dəhliz” ifadəsi işlədilməyib.
Paşinyan Ermənistandan Rusiyaya və Naxçıcandan Azərbaycanın qalan ərazilərinə marşrutun seçilməsinin ayrıca müzakirə mövzusu olduğunu əlavə edib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti