XİN Azərbaycan və Ermənistan arasında vətəndaşların səfərləri və vizadan azad olunma ilə bağlı məsələyə münasibət bildirib

9-01-2021, 12:10
9
XİN Azərbaycan və Ermənistan arasında vətəndaşların səfərləri və vizadan azad olunma ilə bağlı məsələyə münasibət bildirib

 

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.
XİN rəsmisi qeyd edib ki, diplomatik münasibətlərin qurulması üçün isə qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək lazımdır: “Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır”.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti