Ermənilərin ABŞ-da açdığı “Qarabağ mətbəxi” hələ də fəaliyyətini davam etdirir - FOTOLAR

11-01-2021, 16:24
10
Ermənilərin ABŞ-da açdığı “Qarabağ mətbəxi” hələ də fəaliyyətini davam etdirir - FOTOLAR

 

Moderator.az xəbər verir ki, ABŞ-da uzun müddətdir ki, ermənilər “Qarabağ mətbəxi” adlı restoranlar, kafelər açaraq Azərbaycanın milli yeməklərini öz adlarına çıxırlar. Belə ki, dolma, qutab, kətə, xaş, aş və milli şirniyyatlarımız erməni aşbazları tərəfindən hazırlanaraq Amerikada “Qarabağ mətbəxi” adı ilə  təqdim edilir. Bu isə kifayət qədər müştərisi olan bu restoranların qarşısından keçən hər bir azərbaycanlı vətəndaşa təsirsiz ötüşmür. 
Ordumuzun II Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə hər kəsə Qarabağın əslində Azərbaycana məxsus olduğu və bu torpaqların əzəli sahiblərinə geri qaytarıldığını bütün dünyaya nümayiş etdirdik. Bəs görəsən, belə olduğu halda, Amerikada ermənilər tərəfindən açılan Qarabağ restoranları fəaliyyətini necə, hansı şəkildə davam etdirir? 
Mövzu ilə bağlı Moderator.az-a Kaliforniya Ştatında yaşayan azərbaycanlı rejissor, ssenarist Sevinc Səfərova danışıb. 
O, bildirdi ki, ermənilərin torpaqlarımıza sahiblənmək sevdasına düşdükləri az deyilmiş kimi,  Qarabağımızın mətbəxinə də sahiblənmək niyyətində olmaları orada yaşan azərbaycanılılara psixoloji olaraq təsir göstərirdi: 
“Amerikaya gələndə internetdən axtarış verib, burada Azərbaycan restoranın mövcud olub-olmadığını öyrənmək istədik. Bir müddət axtardıqdan sonra "Qarabağ mətbəxi və kababları” adları bir səhifəyə rast gəldik. Təsəvvür edirsiniz, ABŞ-da Azərbaycan mətbəxi, özü də Qarabağ adı altında?  Düşündüm ki, Los-Ancelesdə Azərbaycan kababı yeyəcəyik. Nəhayət, ailəvi olaraq həmin məkana üz tutduq. Ancaq gördüklərimiz bizi şoka saldı. Qarşılaşdığımız mənzərə qarşısında bir anlıq yerimizdə donub qaldıq. Çünki müştəri ilə dolu olan "Qarabağ mətbəxi” adlı restoranı idarə edənlər ermənilər idi. Menyuda isə Azərbaycanın milli yeməkləri vardı”.
 
Sevinc Səfərova qeyd edir ki, bu gün də Amerikada “Qarabağ mətbəxi” restoranları hələ də fəaliyyətini davam etdirir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti