Qarabağda ermənilər "Hadrutun azad edilməsi" təşkilatı yaratdı - Moskva görüşü öncəsi...

12-01-2021, 11:30
10
Qarabağda ermənilər "Hadrutun azad edilməsi" təşkilatı yaratdı - Moskva görüşü öncəsi...

 

Moskvada dünən üçtərəfli görüşün getdiyi  bir vaxtda Qarabağda "Hadrutun işğaldan azad edilməsi" adlı qondarma ictimai təşkilatın qurulması haqda xəbərlər yayılıb. 
Bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində təqdim olunib.
“Təşkilat Artsax Respublikasının müvəqqəti işğal olunmuş Hadrut bölgəsinin işğaldan azad olunması ilə bağlı milli-siyasi baxışın bir hissəsi kimi əks olunmalı olan məsələləri qaldıracaq. Təşkilat 10 noyabr tarixli üçtərəfli bəyanatı qəbul etmir. Çünki həmin sənəd etnik təmizləmə də daxil olmaqla Azərbaycanın müharibə cinayətlərinin izlərini göstərən "jus cogens"  beynəlxalq hüquq normalarına ziddir”- məlumatda belə deyilir.
Zəruri şərh: 
Belə informasiyalar bir daha sübut edir ki, Azərbaycanın keçmişdə Dağlıq Qarabağ adlanan ərazilərində hələ də bölgədə əsl mənada sülh yaranmasını istəməyən, yəni buradakı erməniləri Azərbaycan Respublikası idarəçiliyi altında yaşamaqdan çəkindirməyə çalışan revanşist qüvvələr xeylidir. Və bunlar əsasən 30 illik separatçı-terrorçu xuntanın Xankəndindəki  tör-töküntüləri tərəfindən dəstəklənir. Araik Arutyunyanın dəstəsi isə öz növbəsində Qarabağ məsələsinin ədalətli həllini istəməyən, bunu regionu idarə etmək üçün əllərində bir “maşa” kimi saxlamağa çalışan super güclər, o cümlədən Minsk qrupunun üzvləri olan dövlətlər tərəfindən bu və ya digər dərəcədə himayə olunur. Ona görə də nə qədər ki, həmin separatçı-terrorçu xunta üzvləri Azərbaycanın müvafiq qurumlarının bilavasitə iştirakıyla yaxalanaraq məsulliyətə cəlb olunmayıb və hazırda Qarabağ torpaqlarındakı hər bir erməninin, eləcə də digər xarici vətəndaşların şəxsiyyəti identifikasiya olunaraq bütün separatçı ünsürlər və erməni silahlılarının Qarabağdan tam təmizlənməsi təmin olunmayıb, 10 Noyabr bəyanatı və  11 yanvar Moskva görüşündə nəzərdə tutulmuş məsələlərin(məs. Ermənistanla yolların açılması və s.) tam həllindən danışmağa dəyməz...
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti