"Reanimasiyada yatan Paşinyana süni nəfəs verilir" - Vitse-spiker

13-01-2021, 08:41
14
"Reanimasiyada yatan Paşinyana süni nəfəs verilir" - Vitse-spiker

 

 "Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat 10 Noyabr razılaşmasının davamıdır. Bu kommunikasiya xətlərinin açılması təkcə iki dövlət arasında deyil, regiondakı qonşu dövlətlərin də iqtisadiyyatına kifayət qədər müsbət təsir göstərəcək".
Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.
Dünən dövlət başçılarının Moskvada keçirilən görüşünü şərh edən Vitse-spiker deyib ki, burada diqqəti çəkən əsas məsələ Azərbaycan prezidentinin Rusiya prezidentinin fikrinə əsasən bir daha dünyaya Dağlıq Qarabağ probleminin olmadığını bəyan etməsi oldu.
"Paşinyanın sonradan küskün və rəzil durumda bu problemin hələ də öz həllini tapmamasını deməsi çox uğursuz göründü. İlham Əliyev bəyan etdi ki, Dağlıq Qarabağ problemi bitib, artıq yoxdur. Bunu özünün düşüncələri, bir ölkə başçısının istəyi, yaxud real fakta söykənən bir düşüncə kimi ortalığa qoymadı. Fikir belə ifadə olundu: "Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik". Yəni bu fikir ciddi fikirdir və axıra qədər bunun üstündə durmaq lazımdır".
F.İbrahimli Prezidentin "Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq" sözlərini yüksək qiymətləndirib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti