Ermənilər 44 günlük savaşdan sonra Azərbaycanın 20 min hektarlıq torpağına taxıl əkdi...

24-02-2021, 09:35
20
Ermənilər 44 günlük savaşdan sonra Azərbaycanın 20 min hektarlıq torpağına taxıl əkdi...
Son hərbi əməliyyatlardan sonra Qarabağdakı separatçı erməni rejiminin nəzarətində Azərbaycan Respublikasının 35 min hektarlıq əkin torpağı qalıb.
 
Bunu “Armenpres”ə müsahibəsində terrorçu xuntanın 
“iqtisadiyyat və kənd təsərrüfatı naziri” sayılan Vilen Avetisyan ad-soyadlı məxluq söyləyib.
 
Azərbaycan Respublikasına aid bəhs edilən əkin ərazilərindən 20 min hektarına müharibədən sonrakı qısa müddətdə ermənilər tərəfindən taxıl səpildiyi bildirilir. Bunun 11 min hektarını buğda, 9 min hektarını isə arpa əkinləri təşkil edir.
 
Ermənilərin nəzarətində olan torpaqlarımızda 2500 hektarlıq meyvə bağları da qalıb. Bunlardan 500 hektarı nar, 900 hektarı üzüm, 650 hektarı tut, 450 hektarı isə qoz bağlarıdır.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti