Ermənilərin darmadağın edildiyi “Lələtəpə əməliyyat”ı - 650 ölü, məhv edilən 42 tank

2-04-2021, 10:03
14
Ermənilərin darmadağın edildiyi “Lələtəpə əməliyyat”ı - 650 ölü, məhv edilən 42 tank
Ermənistanlı politoloq, “Nəsillər üçün həqiqət” vətəndaş təşəbbüsü qrupunun rəhbəri Qeqam Nazaryan 44 günlük Vətəndaş Müharibəsi barədə yeni faktlar açıqlayıb.
 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qeqam Nazaryan 2020-ci il oktyabrın əvvəllərində Ermənistan ordusunun Cəbrayıl rayonu istiqamətində keçirdiyi “Lələ Təpə” əməliyyatının uğursuzluğa düçar olmasından danışıb.
 
“Lələ Təpə əməliyyatı əsl soyqırımı idi. Bizim 650 ölümüz var idi, 44 tankdan 42-si döyüş meydanında qaldı”- deyə Nazaryan söyləyib.
 
Politoloq oğlu Abqar Nazaryanın da həmin hücum əməliyyatında öldüyünü və buna görə məsuliyyəti baş nazir Nikol Paşinyan hakimiyyətinin daşıdığını əlavə edib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti