Ermənistan mediası Putin-İlham Əliyev və Putin-Paşinyan münasibətlərinin fərqindən danışdı...

3-04-2021, 12:59
12
Ermənistan mediası Putin-İlham Əliyev və Putin-Paşinyan münasibətlərinin fərqindən danışdı...
“Ermənistanda “məxməri inqilab” adlandırılan siyasi hadisədən sonra Paşinyan və Putin arasındakı təmaslar, xüsusən də telefon danışıqları, onların məzmunu, tonu, tezliyi və ya hətta müəyyən dövrlərdə olmaması barədə dəfələrlə yazmışıq. Putin və Kremlin Ermənistan hökumətinə münasibətini nümayiş etdirən digər diqqətəlayiq və ibrətamiz epizod Putinin Paşinyan və Əliyevlə telefon danışıqlarındakı fərqdir...” 
 
Bunu işğalçı ölkənin “168 saat” qəzeti yazır.
 
“Martın 26-dakı sonuncu Putin-Paşinyan telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə, Putin-Əliyev söhbəti isə aprelin 1-də Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
 
Kremlin rəsmi saytında yerləşdirilən iki məlumat arasındakı fərqlər diqqətəlayiqdir; baxmayaraq ki, Kreml ənənəvi olaraq Ermənistan və Azərbaycan liderləri arasındakı təmaslarda bərabərliyi qorumağa çalışıb.
 
Birincisi, demək olar ki, bütün Paşinyan-Putin telefon danışıqları barədə reportajlarda Rusiya tərəfi telefon danışığının erməni tərəfinin təşəbbüsü ilə həyata keçirildiyini bildirir və bununla da zəng edən Paşinyanın bu münasibətlərdən bir şey gözlədiyini, Kremlin isə Ermənistan-Rusiya münasibətlərinə heç bir qiymət vermədiyini vurğulayır. Bu da diqqətçəkici bir gerçəkdir.
 
Son telefon danışığı haqda məlumat  da çox qısa oldu ” -deyə erməni qəzeti etiraf edir.
 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti