Məktəblilərin Novruz tətili günləri açıqlandı

Azərbaycanda orta məktəb şagirdi sinifdə mühafizəçi ilə oturur.

Minval.info xəbər verir ki, bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli yazıb.

Anar Nəcəfli bildirib ki, oğlumun sinifinə təzə bir qız gəlib: “Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!!

Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar!! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!”

Qeyd edək ki, Anar Nəcəfli həmin şagirdin kimin nəvəsi olduğunu açıqlamayıb.