"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"

22-02-2020, 15:00
12
"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"

 


 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində bir neçə şəxs vəzifə səlahiyyətindən sui istifadə etdikləri üçün məsuliyyətə cəlb olunublar.
Kimdir onlar?
İsmayıl Vəliyev - İcra hakimiyyətinin başçısı
Vurğun Əkbərov - icra hakimiyyəti başçısının birinci müavini (adını belə düzgün yaza bilməyən biri)
Gültəkin Sadıqova - icra başçısının müavini+şöbə müdiri+ 9 fevralda keçirilən seçkilərdə YAP-ın 350 səs toplayan namizədi + rayonda bütün uşaq bağçalarını, məktəbləri talayan şəxs. Əsas isə, seçkinin saxtakarlaşdırılmasına xidmət edən.
Anar Cəfərov- şöbə müdiri + YAP-ın Neftçala rayon üzrə sədri. Birbaşa bələdiyyə ,ərazi icra nümayəndəliklərinin sahibi, seçkinin saxtakarlaşmasına xidmət edən şəxs. O şəxs ki, seçki günü, 9 fevralda bütün məntəqə sədrlərinə zəng edib nəticələri dəyişməyi tələb edən şəxs.
Telman Zahidov - rayon Mərkəzi Xəstəxanasının baş həkimi. Seçki təbliğatı dövründə və seçki günü bütün əməkdaşları məcburi olaraq görüşə göndərən və icra hakimiyyətinin müəyyən etdiyi namizədə səs verməyi tələb edən, əks təqdirdə işdən azad etmək ilə hədələyən şəxs. Neftçalada səhiyyəni bərbad vəziyyətə gətirən şəxs.
Əjdər Kərimov - rayon Təhsil şöbəsinin müdiri. Bütün məktəb direktorlarını və müəllimləri seçkiyə cəlb edən, görüşlərə və məcburi icra hakimiyyətinin müəyyən etdiyi namizədə səs verməyi tələb edən şəxs.
Bunlardan əlavə bir neçə şəxs də məsuliyyətə cəlb olunublar.
Bu hadisə onu göstərir ki, 9 fevralda keçirilən seçkilərin nəticələrinə açıq şəkildə müdaxilə olunub. Bunu bilmək o qədər də çətin deyil. Məsuliyyətə cəlb olunmuş şəxslərin telefon zənglərinə baxmaq bəs edir.
Onu da deyim ki, DTX tərəfindən ictimaiyyətə təqdim olunan video materiallar tam deyil. Çünki İsmayıl Vəliyev ilə görüşən yalnız o şəxslər olmayıb. Hətta məndə İcra hakimiyyəti binasının qarşısında CİP-in şəkli, videosu varsa, inanıram ki, DTX-da daha çoxu var. Yarımçıq ədalət ədalət deyil.
Bundan sonra nə olmalıdır?
1. Mərkəzi Seçki Komissiyası 61 saylı Neftçala Seçki Dairəsinin nəticələrini ləğv etməli, Dairə Seçki komissiyasının bütün tərkibi buraxılmalıdır. Çünki seçkidə xalqın iradəsinə, ölkə prezidentinin islahatlarına ciddi şəkildə kölgə salınıb.
2. Təhsil Nazirliyi Neftçala rayonunda bütün məktəb direktorlarını əmək məcəlləsinin 70-ç bəndi ilə işdən azad etməlidir.
Təəssüflər olsun ki, İcra hakimiyyətinə aylıq "haqq verən" məktəb direktorlarının əksəriyyəti Təhsil nazirliyinin şəffaf keçirdiyi müsabiqə nəticəsində 1 manat vermədən işə qəbul edilmiş şəxsləridir.
Təəssüflər olsun ki, Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının nüfuzu ciddi şəkildə təhqir olundu.
Seçki prosesində məhz məni dəfələrlə dəvət edib YAP-dan çıxarmaqla təhdid etdilər və sonda buna nail oldular.
Amma nə baş verdi?
YAP-ın Neftçala rayon təşkilatının sədri, YAP-ın namizədi öz iyrənc əməlləri ilə bu partiyanın nüfuzuna xələl gətirdi. Heç 500 səs belə yığa bilmədi.
Ümid edirəm ki, YAP Neftçala rayon təşkilatını bütövlükdə buraxıb həqiqətən də ölkəsini, vətənini sevən, vicdanlı şəxslərdən ibarət yenibir komanda formalaşdıracaq.
Bir də deyirəm, ədalət yalnız 61 saylı Neftçala Seçki Dairəsinin nəticələri ləğv olunanda bərpa olacaq. Ümid edirəm ki, dövlət üzərinə belə bir ləkəni götürməz.
Kamran Əsədov, 
Təhsil eksperti, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti