Tovuzda sərhəd kəndlərində məktəblilərə futbol geyimləri paylanıb

15-09-2020, 12:30
7
Tovuzda sərhəd kəndlərində məktəblilərə futbol geyimləri paylanıb

 

AFFA-nın təşkilatçılığı ilə Tovuz rayonunun ön cəbhə kəndləri olan Ağdam, Əlibəyli, Vahidli kəndləri, eyni zamanda Dondar Quşçu, Koxanəbi və Bayramlı kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin növbəti tədbiri keçirilib. Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva belə bir layihənin Tovuzda keçirilməsi üçün AFFA-ya təşəkkür edib və bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd etmişdir. Millət vəkili Q.Paşayeva bildirmişdir: "Zəngin ənənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib. Mən sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın zamanlarda məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab Prezidentə bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bu tədbirin həyata keçirilməsində əməyi keçənlərin hamısına təşəkkür edirəm." Millət vəkili Q.Paşayeva bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə kömək edəcəyinə inandığını deyib və mütəxəssisləri, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların axtarılması, onların üzərində daha çox çalışmağa, onların yaxşı oyunçu kimi yetişməsi istiqamətində daha çalışmağa çağırıb. Millət vəkili hamımız daha çox istedadlı uşaqların üzə çıxmasına, yaxşı peşəkar kimi yetişmələri üçün onlara daha çox dəstək olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva Tovuzda belə bir layihənin əhəmiyyətini bir daha vurğulayaraq milli futbolumuza öz töhfəsini verəcəyinə inandığını deyib. Millət vəkili Qənirə Paşayeva məktəblilərə iyul ayında Tovuz istiqamətində işğalçı Ermənistana layiqli cavab verən qəhrəman şəhidlərimizdən general Polad Həşimovla bağlı hazırlanmış kitabları hədiyyə edib və uşaqları vətənpərvər ruhda böyüməyə çağırıb."
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti