“Məktəb direktorları nazirliyin göstərişini yerinə yetirmirlər” - İlginc İDDİA

6-11-2020, 10:56
13
“Məktəb direktorları nazirliyin göstərişini yerinə yetirmirlər” - İlginc İDDİA

 

Təhsil Nazirliyi 7-9 oktyabr tarixlərində 100 dövlət ümumtəhsil məktəbində monitorinq aparıb. Monitorinq nazirliyin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrin tələblərinə uyğun olaraq həyata keçirilib.
Nazirliyin məlumatına görə, monitorinq nəticəsində yoxlama aparılan 74 ümumtəhsil məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə, məktəb direktorlarına müvafiq qaydada intizam tədbirləri görülüb. 4 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 24-nə töhmət verilib, 46-na isə xəbərdarlıq edilib.

Ölkəmizin pandemiya ilə mübarizə apardığı bir zamanda bu monitorinqlərin keçirilməsi təbii ki, müsbət haldır. Lakin əsas məsələ xəbərdarlıq və töhmətlərin effekt verib- verməməsi ilə bağlıdır.

Monitorinqlərin tərəfdarı olduğunu deyən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu “Sherg.az”a bildirib ki, bu yoxlamalar nazirliyin yeni trendi və istiqamətidir:

“Məlumdur ki, məktəb direktorlarını Təhsil Nazirliyi təyin etmir. Yəni, direktorları müəyyən etməkdə təşəbbüs göstərənlər icra başçılarıdır. Sadəcə olaraq Təhsil Nazirliyi direktorların təqdimatını təsdiq edir. Ona görə də məktəb direktorları çox vaxt nazirliyin göstərişlərini yerinə yetirmirlər. Yetirəndə də bunu formal şəkildə edirlər”.

N.Qulamoğlunun fikrincə, artıq Təhsil Nazirliyində elə bir trend yaranıb ki, onlar icra başçıları ilə hesablaşmaq istəmirlər:

“Yəni nazirlik öz tabeliyində olan müəssisələrə rəhbərlik etmək istəyirlər. Ona görə də bu monitorinqlərin müsbət təsiri olacaq. Ola bilər ki, monitorinqlər yüz faiz təsir göstərməsin, amma müəyyən zamandan sonra bu yoxlamalar effekt verəcək.

Hesab edirəm ki, nazirliyin məktəblərdə belə monitorinqlər keçirməsi müsbət tendensiyadır”.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti