Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir? - İTTİHAM

18-11-2020, 11:49
23
Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir? - İTTİHAM



Bakıdakı 2 saylı Baza Tibb Kolleci ötən əsrdə,50-cı illərin sonlarında fəaliyyətə başlayıb.Müxtəlif vaxtlarda adı dəyişdirilmiş tibb məktəbi 2010-cu ildən Bakı Tibb Kolleci adlandırılıb.Burada tələbələrə bir neçə ixtisas öyrədilir, 0rta tibb kadrlarının hazıırlığı və onların təkmilləşdirilməsi prosesi həyata keçirilir.Vaxtı ilə burada tələbələrin rüşvət hesabina təhsil aldığı heç kimə sirr deyil.Bu gün də dövrü mətbuatda və sosial şəbəkələrdə Tibb Kollecində baş vermiş bir sıra neqativ hallar barədə məlumatlara zaman-zaman rast gəlmək mümükündür.Kollecə artıq neçə illərdir ki,Dilarə Məmmədəliyeva rəhbərlik edir ki,məlumatlara görə buradan müxtəlif yollarla heç də az pul qazanmır.

Aktualinfo.org 2 saylı Bakı Baza Tibb Kollecində tədrisin keyfiyyəti,imtahanların keçirilməsi ilə bağlı deyil,təhsil müəssisənin maliyyə,təsərrüfat işləri barədə araşdırma aparıb.Araşdırmalara görə Kollecdə 2020-ci il üçün kotirovka sorğularının həyata keçirilməsi prosesində ciddi qanun pozuntularına yol verilib.Bu barədə kollecin əlaqə vasitəsi kimi göstərdiyi [email protected][email protected] elektron poçtlarına ünvanladığımız sorğu məktubları cavabsız qaldığından araşdırmanı geniş ictimaiyyətin də diqqətinə çatdırmağı qərara aldıq.

Qeyd edək ki,2 nömrəli Bakı Baza Tibb Kollecinin nəticələrini 14.10.2020-ci il tarixdə elan etdiyi dəftərxana və təsərrüfat malların alınması üzrə keçirilmiş tender prosedurunun qalibi “MODRENTİ 2020” Məhdud Məsuliyyətli Cəmiyyət olmuş və tərəflər arasında 22 310.2 manat məbləğində müqavilə imzalanmışdır

Elə həmin tarixdə Bakı Baza Tibb Kollecinin Tender Komissiyası qeyri yaşayış binaların əsaslı təmiri üzrə keçirdiyi kotirovka sorğusunun da nəticələrini elan etmiş və “DİMETRAL” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 31 152.55 manat məbləğində müqavilə bağladığını bildirmişdir.

Yenə də 14.10.2020-ci il tarixdə Bakı Baza Tibb Kollecinin Tender Komissiyası tərəfindən cari təmir üzrə keçirilmiş kotirovka sorğusunun nəticələrinə görə “İtem Holdinq ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və tərəflər arasında 12737.91 manat məbləğində müqavilə bağlanmışdır.

Elə həmin tarixdə Bakı Baza Tibb Kollecinin Tender Komissiyası jurnalların və kitabların alınması üzrə keçirdiyi kotirovka sorğusunun da nəticələrini elan etmiş və “Kokardin Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 7665 manat məbləğində müqavilə bağladığını bildirmişdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “MODRENTİ 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti 29.06.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, FƏTƏLİXAN XOYSKİ PR., ev 138A, m. 49,qanuni təmsilçisi Verdizadə Pərviz Saday oğlu olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “DİMETRAL” Məhdud Məsuliyyətli Cəmiyyəti 29.07.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, FƏTƏLİXAN XOYSKİ PR., ev 138A, m. 48,qanuni təmsilçisi Əliyev Əkbər İbrahim Verdizadə oğlu olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”İtem Holdinq ” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə heç bir məlumat yoxdur.Satınalmaların elektron portalında yerləşdirilmiş VÖEN isə dövlət reyestrinə daxil edilmiş məlumatlarda “MUĞANBANK” Açıq Səhmdar Cəmiyyətinə məxsus olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “KOKARDIN HONDINQ” Məhdud Məsuliyyətli Cəmiyyəti 06.03.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CAVAD XAN, ev 40, m. 43,qanuni təmsilçisinin Quliyev Elgün Nazim oğlu olduğu göstərilib.

Qeyd edək ki,ilk baxışdan bu tender prosedurlarının keçirilməsində qeyri-adi heç nə görsənmir.Lakin araşdırıldıqda 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tender Komissiyası tərəfindən bir sıra ciddi qanun pozuntusuna yol verildiyi bəlli olur.Belə ki,2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri pozulub.Qeyd edək ki,burada Tender Komissiyasinin ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı,son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır.
Lakin görəsən 2-3 ay əvvəl yaradılmış bu MMC-lərlə müqavilə bağlanarkən bu şərtlərin hansı birinə əməl edilib?Təbii ki,heç birinə.Kotirovka sorğusu elanınından 2-3 ay əvvəl yaradılmış 10 manat nizamnamə kapitalı olan bu MMC -lərin nə kimi maddi texniki bazası, kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər? Burada digər maraqlı məqam isə göstərdiyimiz MMC-lərin ikisinin bir ünvanda yerləşməsidir.Bu da 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi tərəfindən tanışların adına yaradılmış iki MMC ilə işbirliyinin qurulmasına şübhələri bir az da artırmış olur.
Aktualinfo.org

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti