“Dünyada 72 milyon uşaq öyrənmə yoxsulluğu ilə üz-üzə qalıb...” - Dünya Bankının hesabatı

29-12-2020, 17:10
57
“Dünyada 72 milyon uşaq öyrənmə yoxsulluğu ilə üz-üzə qalıb...” - Dünya Bankının hesabatı

 

 

 

Dünya Bankı təhsil texnologiyaları da daxil olmaqla, ölkələrin həyata keçirə biləcəyi investisiyalar və siyasətləri əks etdirən iki hesabat yayımlayıb.
Moderator.az xəbər verir ki, araşdırmaya görə Covid-19 səbəbiylə məktəblərin bağlanması 72 milyon uşağı ibtidai təhsildən məhrum edib. Belə ki, 10 yaşına qədər uşaqlar sadə bir mətni belə oxuya bilməyəcəklər.  
Hesabatda pandemiyanın aşağı və orta gəlirli ölkələrdə yoxsulluq səviyyəsində yaşayan ibtidai məktəb yaşındakı uşaqların nisbətini 53 faizdən 63 faizə yüksəldə biləcəyi ifadə edilir. Bu vəziyyət nəslin gələcək qazancından təqribən 10 trilyon dollar itirmək riskinin olduğunu ifadə edib.  
Dünya Bankının İnsan İnkişafı üzrə vitse-prezidenti Mamta Murthi bildirib ki, “Təcili tədbirlər görülməzsə, bu nəslin uşaqları heç vaxt tam potensialına çata bilməzlər. Nəticədə ölkələr uzun müddət iqtisadi inkişafı davam etdirmək üçün əsas insan kapitalını itirəcək.  Dünyadakı uşaqların yarısından çoxunun təhsil yoxsulluğu içində olması qəbuledilməzdir. Buna görə təhsildə həmişəki kimi işimizi davam etdirə bilmərik. Cəsarətli fəaliyyətlə dünyadakı siyasətçilər və maraqlı tərəflər bu böhranı təhsil sistemlərini dəyişdirmək üçün bir fürsətə çevirə bilərlər ki, hər yerdə bütün uşaqlar uğur qazana bilsinlər”-deyə o, bildirib. 
 
Covid-19 səbəbiylə məktəblərin bağlanması nəticəsində aprel ayında 1,6 milyard şagird, bu gün isə 700 milyon şagird məktəbdən kənarda qalıb. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti