BDU Elmi Şurasının növbəti iclası keçirilib

24-02-2021, 09:28
21
BDU Elmi Şurasının növbəti iclası keçirilib
2021-ci il 23 fevral tarixində Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. Elmi Şura öz işinə başlamazdan öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
İclasda BDU-nun rektoru Elçin Babayev 2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri, imtahanların keçirilməsi, eyni zamanda Apelyasiya Komissiyasının və Tələbə Nəzarət Qrupunun fəaliyyəti haqqında məlumat verib.
 
Daha sonra Kitabxanaçılıq-informasiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin illik hesabatları dinlənilib.
 
İclasda növbəti tədris semestrində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, ikili və üçlü diplom proqramları, maddi-texniki bazanın təkmilləşdirilməsi, görüləcək işlər müzakirə edilib. Elmi Şura üzvləri - akademiklər Vasif Babazadə və Fikrət Əliyev, professorlar Aydın Kazımzadə, İzzət Rüstəmov, Sevinc Hacıyeva, Şövqisəfa Göyçaylı, Cahangir Məmmədli, Tapdıq Həsənov, Əmir Əliyev və başqaları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
 
Elmi Şura cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti