Məktəblərlə bağlı sorğunun nəticələri açıqlandı - FOTO

2-04-2021, 10:02
10
Məktəblərlə bağlı sorğunun nəticələri açıqlandı - FOTO
Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. 
 
Martın 30-da elan olunan sorğu çərçivəsində 50 000-dən çox rəy qəbul edilib.
 
Respondentlərin əksəriyyəti - 45,7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini istəyiblər.
 
19,5 faiz yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsi, 17,2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 6,3 faiz isə yalnız V-IX siniflər üzrə tədrisin distant formaya keçirilməsi bəndini seçiblər.
 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti